Biz Kimik

İnformasiya texnologiyaları sahəsində ixtisaslaşmış “AVICOM” MMC  İKT bazarında ən müasir xidmətlər və həllər təqdim edən aparıcı Azərbaycan şirkətlərindən biridir. Şirkətin təməli 2012-ci ildə qoyulmuş, 2018-ci ildə isə rebrendiq edilmişdir.

AVICOM -istər özəl, istərsə də dövlət təşkilatlarında müasir informasiya texnologiyalarından istifadə etməklə bir sıra irimiqyaslı layihələr həyata keçirmişdir.

Şirkətimizin məqsədi ölkədə, regionda, habelə dünya bazarında hər zaman öndə olmaq, müştərilərimizin ehtiyac və tələblərinə cavab verə bilən,  yüksək keyfiyyətli, müasir və effektiv biznes həlləri təqdim etməkdir.

Üstünlüklərimiz

Təklif Edirik

AVICOM fəaliyyətə başladığı gündən etibarən İnformasiya təhlükəsizliyi, İT infrastrukturunun qurulması, sistemlərin inteqrasiya olunması, İT konsultasiya və layihələrin idarə edilməsi üzrə öz müştərilərinə yüksək səviyyəli xidmət və müasir həll üsulları təklif edir.

Hal-hazırda şirkət Cisco, Check Point, HP, HUAWEI, DELL, Microsoft, Hikvision, Dahua kimi bir sıra məşhur İT istehsalçıların rəsmi statuslu tərəfdaşıdır.

Karyera

Karyeranızın inkişafı və peşəkar iş həyatında uğur qazanmağınız üçün hər bir şərait yaradırıq.