Huawei Tech Carnival & Partner Summit 2024

13 May-da Bakı Konqres Mərkəzində Çinin “Huawei” şirkətinin “Huawei Tech Carnival & Partner Summit 2024” adlı 3 günlük Sammiti keçirilmişdir. Orta Şərq və Mərkəzi Asiya regionu ölkələrinin İKT liderlərini bir araya gətirən tədbirdə “AVİCOM” şirkəti də nümayəndələri ilə birlikdə iştirak etmişdir.

Sammit çərçivəsində müxtəlif mövzularda təqdimatlar, texniki sessiyalar, biznes forumlar, dəyirmi masalar keçirilmiş, “Huawei” şirkətinin İKT məhsulları və həlləri, o cümlədən intellektual IP və optik şəbəkə, eləcə də məlumatların saxlanması və informasiya təhlükəsizliyi ilə bağlı ən son yenilikləri nümayiş olunmuşdur.

Tədbirdə Huawei şirkətinin Azərbaycanda yeganə Qızıl Tərəfdaşı (Gold Partner) olan “AVİCOM” MMC şirkəti Orta Şərq və Mərkəzi Asiya regionu ölkələri sırasında 2023-cü ilin tərəfdaşı “Partner of the Year 2023” mükafatına layiq görülmüşdür.

“AVICOM” MMC olaraq hədəfimiz, müştərilərə və tərəfdaşlarımıza daha yüksək səviyyəli xidmət göstərmək, həmçinin dünya İKT sahəsindəki yenilikləri ölkəmizə gətirərək inkşaf etdirməkdir.

Tədbirdə həmçinin dövlət və özəl təşkilatların rəsmi nümayəndələri də iştirak etmişdir.

Məlumat ən vacib təşkilat aktivlərindən biridir. Məhz bu səbəbə görə, məlumatın müvafiq qaydada qorunması olduqca önəmlidir. Təhlükəsizlik, təşkilatdakı məlumatların və əməliyyat prosedurlarının bütövlüyünü və məxfiliyini təmin edən daxili nəzarəti sistemidir.

PEŞƏKAR XİDMƏT

MƏXFİLİK

İNNOVATİV YANAŞMA

FƏRDİ HƏLLƏR