“AVİCOM” MMC və Türkiyənin “ADEO” şirkəti kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başladı

17 avqust 2022-ci il tarixində “Fairmont Baku” otelində “AVICOM” şirkəti tərəfindən kibertəhlükəsizlik mövzusuna həsr olunmuş “Next Generation Cyber Security” adlı tədbir keçirilib. Tədbirdə qardaş Türkiyə dövlətinin ən qabaqcıl kibertəhlükəsizlik xidmətləri təqdim edən “ADEO” şirkəti dəvət olunub.

Tədbir iştirakçılarına “AVICOM” və “ADEO” şirkətləri  arasında strateji əməkdaşlıq haqqında məlumat verilib.

Çıxış edənlər “AVICOM” şirkətinin baş direktoru Rəşad Nəsirov və kibertəhlükəsizlik üzrə konsultantı Samir Nuriyev, “ADEO” şirkətinin təsisçisi Korhan Ergönül və Texniki direktoru Melih Özhan, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov, “BISA” MMC-nin direktoru İlqar Əliyev mövcud rəqəmsal risklər və onlara qarşı mübarizə üsulları barədə qonaqları məlumatlandırıb və ətraflı fikir mübadiləsi aparıblar. 

Tədbirdə çox sayda dövlət qurumlarından və özəl müəssisələrdən kibertəhlükəsizlik üzrə mütəxəssislər iştirak edərək maraqlı müzakirələr aparıblar.

Kibertəhlükısizlik üzrə mütəxəssislərin toplandığı tədbirdə dünyada və regionumuzda mövcud rəqəmsal risklər haqqında, həmçinin dünyada və ölkəmizdə kibertəhlükəsizlik trendləri və müxtəlif statistik məlumatlar paylaşılıb. Kibertəhlüksizliyi təmin etmək üçün MSSP, MDR biznes və servis modelləri haqqında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, İnformasiya texnologiyaları sahəsində ixtisaslaşmış “AVICOM” MMC İKT bazarında müasir xidmətlər və həllər təqdim edən aparıcı şirkətlərdən biridir. “AVICOM” dünyanın bir çox qabaqcıl istehsalçılarının rəsmi tərəfdaşıdır. “AVICOM” həm özəl, həm də dövlət qurumlarında müasir informasiya texnologiyalarından istifadə etməklə bir sıra irimiqyaslı layihələr həyata keçirir. 

Tezliklə “AVICOM” MMC, “ADEO” şirkətinin Türkiyədə baş tutan tədris-təcrübə proqramına qoşularaq ölkəmizdə peşəkar kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsi istiqamətində beynəlxalq səviyyədə təlim proqramlarının təşkil olunacağı bildirilib. Bununla bağlı məlumat almaq üçün mütəmadi olaraq “AVICOM” şirkətinin veb-səhifəsini və sosial media paylaşımlarını izləyin.  

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.

Məlumat ən vacib təşkilat aktivlərindən biridir. Məhz bu səbəbə görə, məlumatın müvafiq qaydada qorunması olduqca önəmlidir. Təhlükəsizlik, təşkilatdakı məlumatların və əməliyyat prosedurlarının bütövlüyünü və məxfiliyini təmin edən daxili nəzarəti sistemidir.

PEŞƏKAR XİDMƏT

MƏXFİLİK

İNNOVATİV YANAŞMA

FƏRDİ HƏLLƏR