AVİCOM MMC Azərbaycan Texniki Universiteti və IDTECH Academy ilə əməkdaşlıq memorandumu imzalayıb.

AVİCOM MMC, Azərbaycan Texniki Universiteti və IDTECH Academy arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandum “Azərbaycan Texniki Universiteti” -nin (AzTU) rektoru Vilayət Vəliyev, “AVİCOM MMC” -nin direktoru Rəşad Nəsirov və “IDTECH Academy”-nin direktoru Samir Nuriyev tərəfindən imzalanıb. Qurulan əməkdaşlığın əsas məqsədi, cəmiyyətimizin gələcəyi olan gənclərin nəzəri biliklərinə praktik biliklər əlavə etməklə onları əsl peşəkar kimi yetişdirməkdir.
Əməkdaşlıq haqqında bu memorandum Azərbaycan Respublikasının qanunvericiliyinə, Universitetin və Cəmiyyətin nizamnamələrinə və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq elm və sənaye sahələri arasında praktiki əlaqələrin genişləndirilməsi, tələbələrin peşə təhsili və təlimi proqramının praktiki hissəsini mənimsəməsi, o cümlədən yeni və müasir peşələrin öyrənilməsi, sertifikatlaşdırma proqramların təşkili məqsədilə, bu xüsusda birgə proqramların təşkilinə və digər oxşar məsələlər ilə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyir.

İmzalanan əməkdaşlıq memorandumuna əsasən

  • Universitetin İnformasiya və telekommunikasiya texnologiyalar fakültəsinin müxtəlif ixtisasları üzrə bakalavr və magistr səviyyələrində təhsil alan və ixtisas meyarları AVİCOM MMC -nin və ya IDTECH Academy -nin xidmət göstərdiyi sferaya uyğun tələbələrinin təcrübə proqramlarına (ödənişli və ya ödənişsiz) cəlb ediləcək;
  • Universitet ilə AVİCOM MMC -nin və ya IDTECH Academy -nin subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün birgə seminarlar, karyera günləri həyata keçiriləcək;
  • ⁠Nəzəri və ustad dərslərinin verilməsi təşkil ediləcək;
  • ⁠Birgə yeni peşələrin və sertifikasiya proqramların təşkili keçiriləcək;
  • ⁠Müxtəlif təqaüd proqramları hazırlanacaq və keçiriləcək;
  • ⁠Məzunların təcrübə proqramında iştirakı və işlə təmin olunması ilə bağlı birgə əməkdaşlıq planları hazırlanacaqdır.

Biz hamımız, Azərbaycanda rəqabətə davamlı gənc kadrların yetişdirilməsi və onların ölkəmizə qazandırılması uğrunda qurduğumuz əməkdaşlıqdan çox məmnunuq!

Məlumat ən vacib təşkilat aktivlərindən biridir. Məhz bu səbəbə görə, məlumatın müvafiq qaydada qorunması olduqca önəmlidir. Təhlükəsizlik, təşkilatdakı məlumatların və əməliyyat prosedurlarının bütövlüyünü və məxfiliyini təmin edən daxili nəzarəti sistemidir.

PEŞƏKAR XİDMƏT

MƏXFİLİK

İNNOVATİV YANAŞMA

FƏRDİ HƏLLƏR