AVICOM MMC- Azərbaycanın İKT şirkəti Huawei -in Yaxın Şərq və Mərkəzi Asiyada ilin tərəfdaşı oldu.

Almatı, Qazaxıstan, 5-7 iyun 2023-cü il – Huawei Qazaxıstanda rəqəmsallaşmanın sonsuz imkanlarını araşdırmaq üçün Yaxın Şərq və Mərkəzi Asiya (NE və CA) regionlarının IKT liderlərini bir araya gətirən ilk regional Tərəfdaş Sammitini keçirdi. 

                    Huawei Yaxın Şərq regionunu bu yaxınlarda Mərkəzi Asiyanı da əhatə edəcək şəkildə genişləndirdi. ME&CA-nın ilk tərəfdaş sammiti 5-7 iyun tarixlərində Qazaxıstanın Almatı şəhərində illik Tech Carnival flaqman tədbiri çərçivəsində baş tutdu.

Yaxın Şərq və Mərkəzi Asiyada “Birgə inkişaf et, gələcəyə qalib gəl” şüarı altında keçirilən Huawei Tərəfdaş Sammitində Huawei-nin əsas müəssisə rəhbərləri ən son məhsullar və texnologiyalar, daha geniş sənaye meylləri və regional tərəfdaşlarla bağlı biznes perspektivləri haqqında fikirlərini bölüşüblər. . 

                    Tədbirdə Huawei, həmçinin mərkəzi Asiya regionunda həm özəl, həm də dövlət təşkilatlarına İKT xidmətləri və həlləri təqdim edən, baş ofisi Azərbaycanda yerləşən aparıcı İKT provayderlərindən biri olan AVICOM İKT şirkəti ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.                                                       

Müqavilənin məqsədi yeni texnologiyaların nümayişi, sınaqdan keçirilməsi və öyrənilməsi üçün Bakıda İnnovasiya Təcrübəsi və Tədris Mərkəzinin yaradılmasıdır. İmzalanma mərasimi “Huawei Azerbaijan” şirkətinin baş direktoru David Hu və AVICOM MMC-nin həmtəsisçisi Yalçın Nəhmətov arasında keçirilib.

                    Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən  AVICOM MMC  informasiya və kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun, təhlükəsiz və ağıllı şəhərlərin təchizatçısıdır. Şirkətin 130-dan artıq peşəkar mühəndis və İKT xidmətləri göstərən əməkdaşları var. AVICOM MMC Hikvision-un milli distribyutoru və Huawei-in qızıl tərəfdaşıdır. AVİCOM MMC həmçinin İKT xidmətləri sahəsində   10-dan çox qlobal İKT şirkətləri ilə sıx əməkdaşlıq edir. 

                    Yeni  İnnovasiya, Təcrübə və Tədris Mərkəzi ölkəmizdə yerli İKT mütəxəssislərinin yetişdirilməsinə, bilik və bacarıqlarının daha da yüksəldilməsinə xidmət edəcək. 

Strateji əməkdaşlıq sazişinin o cümlədən Azərbaycanda İnnovasiya, Təcrübə və Tədris Mərkəzinin yaradılmasına dair müqavilə imzalanma mərasimi.

Tədbirdə AVİCOM şirkətinin Orta Şərq və Orta Asiya ölkələrində ilin tərəfdaşı mükafatı da təqdim olunub. 

Məlumat ən vacib təşkilat aktivlərindən biridir. Məhz bu səbəbə görə, məlumatın müvafiq qaydada qorunması olduqca önəmlidir. Təhlükəsizlik, təşkilatdakı məlumatların və əməliyyat prosedurlarının bütövlüyünü və məxfiliyini təmin edən daxili nəzarəti sistemidir.

PEŞƏKAR XİDMƏT

MƏXFİLİK

İNNOVATİV YANAŞMA

FƏRDİ HƏLLƏR