AVİCOM MMC şirkəti yeni baş ofisinin açılışını edib

Bu gün avqustun 8-də Azərbaycanın aparıcı İT şirkətlərindən olan AVİCOM MMC-nin yeni müasir dizayn olunmuş baş ofisinin rəsmi açılışı keçirilib.Açılış mərasimi şirkətin rəhbərliyinin iştirakı ilə baş tutub.

Yeni ofis çox funksional üslubda dizayn olunub, əməkdaşların səmərəli iş şəraitinin və rahatlığını təmin etmək üçün bütün imkanlara malikdir. Ofis rahat iş yerlərindən, gözləmə zalından, əməkdaşların asudə vaxtlarında rahat dincəlmələri üçün istirahət zonasından ibarətdir. Bütün bunlar əməkaşların iş məsələlərini həll etməklə yanaşı, ünsiyyət qurmaq və sosiallaşma üçün imkan yaradır. Ofis ən qabağcıl texnologiyalarla təhciz edilmişdir.

Həmçinin Ofisdə texniki servis əməkdaşlarının iş səviyyəsisnin effektivliyinin artırılması üçün bütün imkanlar yaradılmış və əməkdaşların biliy və bacarıqlarının artırılması üçün müxtəlif təlimlər keçirilir.

Bundan əlavə Avicom şirkətinin əlazisində sahəsi  800 kvm olan müasir standartlara cavab verən geniş ambar tikilmişdir. AVİCOM şirkəti informasiya kommunikasiya texnologiyaları sahəsində ölkənin aparıcı şirkətlərindən biridir və daim göstərdiyi xidmətlərində yüksək səviyyədə seçilmişdir.

Məlumat ən vacib təşkilat aktivlərindən biridir. Məhz bu səbəbə görə, məlumatın müvafiq qaydada qorunması olduqca önəmlidir. Təhlükəsizlik, təşkilatdakı məlumatların və əməliyyat prosedurlarının bütövlüyünü və məxfiliyini təmin edən daxili nəzarəti sistemidir.

PEŞƏKAR XİDMƏT

MƏXFİLİK

İNNOVATİV YANAŞMA

FƏRDİ HƏLLƏR